Cəbhə kəndlərində taxıl biçini başlayıb

Cəbhə kəndlərində taxıl biçini başlayıb
  11 İyun 2019    Oxunub:2576
Tərtər rayonunda 10902 hektar sahədə taxıl əkilib. Bunun 3800-dən çox hektarı arpa sahələridir.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, Tərtərdə taxıl sahələrinin 2100 hektarı artıq biçilib.

Nazirlik rəsmisi qeyd edib ki, təmas xəttində yerləşən kəndlərdə bu gündən biçin prosesinə start verilib.

"Qapanlı kəndində biçinə 4 kombayn cəlb olunub. Kənddə 267 hektar sahədə taxıl əkilib, onun 67 hektarı arpa sahəsidir. Bu gün ərzində təmas xəttinə yaxın kəndlərdə təhlükəsizlik qaydalarına riayyət edilməklə biçin başa çatdırılacaq”.

Aytən Zəhra
Azvision.az





Teqlər:





Xəbər lenti