Ermənistanda müxalif partiya rəhbəri saxlanılıb

  10 İyun 2019    Oxunub : 791
 Ermənistanda müxalif partiya rəhbəri saxlanılıb
Ermənistanda müxalif “Adekvad” partiyasının rəhbəri Artur Danielyan saxlanılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Danielyan baş nazir Nikol Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polis idarəsinə aparılıb. Faktla bağlı polis orqanları hər hansı açıqlama verməyib.

Qeyd edək ki, Danielyan partiyanın yaradılmasını mayın 27-də elan edib. O, ölkədəki siyasi rejimin hadisələrə adekvat reaksiya vermək bacarığını itirdiyini bildirib.

Azvision.az

Teqlər: Ermənistan   Partiya   Müxalifət