Bakı sakini avtomobilində öldürülüb

Bakı sakini avtomobilində öldürülüb
  10 İyun 2019    Oxunub:1940
İyunun 7-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin “Mercedes” markalı avtomobilində tapılması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılıblar.

Azvision.az



Teqlər: DİN   Qətl  





Xəbər lenti