Türkiyənin müdafiə nazirinin Naxçıvana səfəri başlayıb

   Türkiyənin müdafiə nazirinin Naxçıvana səfəri başlayıb
  10 İyun 2019    Oxunub:2364
İyunun 10-da Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gəlib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.



Qeyd edək ki, iyunun 7-də Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Təlimlər iyunun 11-də başa çatacaq.

Azvision.az


Teqlər: Türkiyə   Müdafiə   Nazir  





Xəbər lenti