Notr-Damda yanğından sonra ilk ibadət

Notr-Damda yanğından sonra ilk ibadət
  10 İyun 2019    Oxunub:1500
Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində iyun ayının 15-də və 16-da yanğından sonra ilk dəfə dini ayin həyata keçiriləcək.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Notr-Damın baş keşişi Patrik Şove məlumat verib.

“Seçilmiş tarix simvolikdir. Bu, kilsənin təqdis olunmasının bayramı olacaq”,-deyə keşiş bildirib.

Qeyd edək ki, bu ilin aprel ayının 15-də kilsədə güclü yanğın baş vermişdi.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Paris   Fransa  





Xəbər lenti