Türkiyə İslandiyaya nota verib
Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə “Twitter” səhifəsində bildirib ki, milli komandanın İslandiyanın hava limanında məruz qaldığı davranış diplomatik qaydalar və insanlıq baxımından qəbuledilməzdir.
Qeyd edək ki, ötən gün Türkiyə millisi Reykavik hava limanında pasport yoxlaması zamanı 2 saat qanunsuz olaraq gözlədilib. Türkiyə yığması iyunun 11-də “H” qrupunda 2020-ci il üzrə Avropa çempionatının seçmə mərhələsində İslandıya yığması ilə qarşılaşacaq.
Azvision.az