Bu günədək 187 ton yaş barama tədarük olunub

Bu günədək 187 ton yaş barama tədarük olunub
  10 İyun 2019    Oxunub:1687
İyunun 10-a olan məlumata əsasən, ölkə üzrə 187,4 ton yaş barama tədarük olunub. Bu kifayət qədər yüksək göstəricidir.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. O bildirib ki, ən çox yaş barama tədarükü Zərdab və Füzuli rayonlarındadır.

“Bunun ardınca Zaqatala, Kürdəmir, Şəki və digər rayonlarda yaş barama tədarükü geniş şəkildə həyata keçirilir. 38 rayonda baramanın tədarükü aparılır. Onlardan artıq 29 rayon yaş baramanı “Azəripək” MMC-ə təhvil verməyə başlayıb. Təxminən 3 həftə ərzində prosesi yekunlaşdırmağı nəzərdə tuturuq. 2019-cu il üçün ölkədə yaş barama istehsalını 800 tona çatdırmaq hədəf kimi qoyulub. Aparılmış monitorinq göstərir ki, proses başa çatdıqdan sonra əldə edilən nəticə proqnoz göstəricilərindən yüksək olacaq”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Barama  





Xəbər lenti