Gömrükçülər külli miqdarda araq müsadirə edib

Gömrükçülər külli miqdarda araq müsadirə edib
  10 İyun 2019    Oxunub:1828
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21154" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda 3 800 ədəd "Parliament Carat" markalı siqaret, 10 ədəd "Nemiroff 1L" markalı araq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti