BƏƏ-də 200-ə yaxın insan içməli sudan zəhərlənib

BƏƏ-də 200-ə yaxın insan içməli sudan zəhərlənib
  10 İyun 2019    Oxunub:1196
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əcman əmirliyində yerləşən “Horizon Towers” yaşayış komplekslərinin 200-ə yaxın sakini keyfiyyətsiz içməli sudan zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə Əcman polisinin "Twitter" mikrobloqu məlumat yayıb.

Qeyd olunub ki, iki istirahət günü ərzində əmirlik xəstəxanalarına ümumilikdə 190 nəfərə yaxın sakin müraciət edib və onlardan yeddi nəfər xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti sabitdir.

Əcmanın kommunal xidmətləri yaşayış kompleksini su ilə təmin edən bütün boru və anbarlarda yoxlama işləri aparır və içməli suyu dezinfeksiya edirlər.

Azvision.az


Teqlər: BƏƏ   Zəhərlənmə  





Xəbər lenti