Terrorçular Türkiyənin Hələbdəki bazasına hücum edib

   Terrorçular Türkiyənin Hələbdəki bazasına hücum edib
  09 İyun 2019    Oxunub:2010
PKK və PYD terrorçuları Suriyanın Hələb şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi bazaya hücum edib.
Azvision.az xəbər verir ki, hücum zamanı 1 türk əsgəri şəhid olub, 4-ü yaralanıb.

Yaralı əsgərlər bölgədən təxliyə edilərək, Kilis dövlət xəstəxana yerləşdirilib.

Türkiyə Silahlı Qüvvələrinin sərhəddə və Suriyada yerləşən topçu bölmələri terrorçuların olduğu ərazini atəşə tutub.

Kənan Məmmədov
Azvision.az



Teqlər: Türkiyə   Terror   Baza   Suriya   Hələb  





Xəbər lenti