Azərbaycan, İran və Türkiyə XİN başçıları görüşəcəklər

Azərbaycan, İran və Türkiyə XİN başçıları görüşəcəklər
  26 Noyabr 2013    Oxunub:1038
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin növbəti görüşü Türkiyənin Gümüşhane rayonunda baş tutacaq.
Bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Milli Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Teramus Üstün məlumat verib.

Qeyd edək ki, xarici siyasət rəhbərləri sonuncu dəfə bu ilin mart ayında Naxçıvanda görüşüblər. Görüş, yekun deklarasiyanın imzalanması ilə nəticələnib.

Naxçıvan görüşü zamanı Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi hər üç dövləti maraqlandıran məsələləri, o cümlədən regionda davam edən münaqişələrin həlli üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər.

Nazirlər həmçinin qarşılıqlı əlaqələrin inkişaf perspektivləri ətrafında müzakirələr aparıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti