Sabirabad və Cəlilabadda ev yanıb

Sabirabad və Cəlilabadda ev yanıb
  08 İyun 2019    Oxunub:1797
Sabirabad rayonun Suqovuşan kəndində yanğın olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ümumi sahəsi 25 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları, həyətyanı sahədə 200 m² sahədə quru ot yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Cəlilabad rayonunun Maşlıq kəndində qeydə alınıb. Ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 66 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti