Qaxda 3 tona yaxın çətənə məhv edilib

Qaxda 3 tona yaxın çətənə məhv edilib
  08 İyun 2019    Oxunub:1806
Qax rayonunda 3 tona yaxın narkotik bitkilər məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib.

Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti