Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  07 İyun 2019    Oxunub:1531
Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təzə Alvadı kənd sakini C.Şükürovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 55 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Göyçay RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çayarxı kənd sakini R.Yusifovun kəndin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu, habelə kolların arasında gizlətdiyi 440 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti