Bayram günlərində qatarla 7200 sərnişin daşınıb

   Bayram günlərində qatarla 7200 sərnişin daşınıb
  07 İyun 2019    Oxunub:1542
Ramazan bayramı günlərində (4-6 iyun tarixlərində) ölkə daxilində hərəkət edən sərnişin qatarları ilə 7200 nəfər sərnişin daşınıb.
Bu barədə Azvision.az -a ”Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, əgər adi iş günlərində 1600 sərnişin daşınırdısa, bayram günlərində bu rəqəm 2400 təşkil edib.

Qeyd edilib ki, ən çox sərnişin sıxlığı Bakı-Tbilisi, Bakı-Qazax-Ağstafa və Bakı-Böyük Kəsik istiqamətlərində olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qatar   Sərnişin  





Xəbər lenti