Rusiya XİN-də telefon problemi

Rusiya XİN-də telefon problemi
  07 İyun 2019    Oxunub:2640
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova nazirlikdə şəhər telefonlarının işləməməsindən şikayətlənib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxarova XİN-ə zəng etmək istəyənləri bununla bağlı xəbərdar edib. Bildirib ki, binada təmir işləri zamanı telefon xətləri zədələnib.

“İndi isə təmirin nəticələrini aradan qaldırmaq üçün təmir gedir” , - deyə Zaxarova sosial şəbəkədə yazıb. O, təmir işlərinin xaricdə ixtisaslaşmış təşkilata həvalə olunduğunu bildirib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti