Paytaxtın bəzi ərazilərində 2 gün su olmayacaq

Paytaxtın bəzi ərazilərində 2 gün su olmayacaq
  07 İyun 2019    Oxunub:1852
Bakının Nəsimi rayonunun bir hissəsində 2 gün su olmayacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 07 və 08 iyun 2019-cu il tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti