Bayram günlərində avtobusla 29 minə yaxın sərnişin daşınıb

 Bayram günlərində avtobusla 29 minə yaxın sərnişin daşınıb
  07 İyun 2019    Oxunub:1633
İyunun 5-i və 6-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi daxil olmaqla respublikanın 56 avtovağzal və avtostansiyalarından Bakı Beynəlxalq Avtovağzal Kompleksinə 28 min 400 sərnişin daşınıb.
Bu barədə Azvision.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Qurum rəsmisi bildirib ki, dünən 15 min 620 sərnişin daşınıb. Onlardan 11 min 920 nəfər bayramın son günü olduğu üçün bölgələrdən Bakıya, 3 min 700 nəfər isə paytaxtdan bölgələrə daşınıb.

N.Allahyarova qeyd edib ki, gün ərzində 718 nəfər isə beynəlxalq istiqamətdə daşınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Avtovağzal  





Xəbər lenti