Deputatlar ATƏT PA-nın komitə iclasında iştirak edir

Deputatlar ATƏT PA-nın komitə iclasında iştirak edir
  06 İyun 2019    Oxunub:2360
Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT Parlament Assambleyasının (PA) “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı beynəlxalq konfransı keçirilir.
Azvision.az xəbər verir ki, iki gün davam edəcək konfransda Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan parlamentariləri iştirak edirlər.

Azərbaycanı beynəlxalq tədbirdə Milli Məclisin deputatları, ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva təmsil edirlər.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxirze, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və başqaları çıxış edərək, dünyada və regionda gedən proseslər, ATƏT regionundakı mövcud problemlər və onların həllində qanunverici orqanların rolu, parlament diplomatiyası və s. məsələlər barədə danışıblar.

Konfransda qanunverici orqanın nəzarət funksiyasının gücləndirilməsi sahəsindəki qabaqcıl təcrübələr bölüşüləcək, səmərəli nəzarətin əhəmiyyəti barədə müzakirələr aparılacaq.

Milli Məclisin deputatları müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

Azvision.az



Teqlər: ATƏTPA   Tblisi   Milli-Məclis  





Xəbər lenti