Sinayda Misir polisi 14 terrorçunu öldürüb

Sinayda Misir polisi 14 terrorçunu öldürüb
  06 İyun 2019    Oxunub:1395
Misirin Sinay yarımadasında Daxili İşlər Nazirliyinin qüvvələri tərəfindən terrorçulara qarşı xüsusi əməliyyat keçirilib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, silahlı qruplaşma üzvlərini əl-Msaid ərazisindəki evlərdən birində aşkarlamaq mümkün olub. Nəticədə tərəflər arasında atışma baş verib və terrorçular məhv ediliblər.

Terrorçuların üzərindən 14 ədəd odlu silah və 3 "intihar kəməri" aşkar edilib.

Azvision.az



Teqlər: Misir   Terror  





Xəbər lenti