Nazirliyin əməkdaşları qəzaya düşüb: 2 yaralı

Nazirliyin əməkdaşları qəzaya düşüb: 2 yaralı
  26 Noyabr 2013    Oxunub:972
Nəqliyyat Nazirliyinin əməkdaşları Zaqatalada yol qəzasına düşüb.
Hadisə dünən axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax rayon sakini, 1988-ci il təvəllüdlü Məhyəddinov Elşən Xaləddin oğlu idarə etdiyi “Mitsubishi L 200” markalı, 10 TK 390 nişan dövlət nömrəli avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Daha sonra avtomobil yoldan çıxaraq yolun kənarındakı çuxura düşüb.

Qəza nəticəsində sürücü Elşən Məhyəddinov və avtomobildə olan sərnişin Mingəçevir şəhər sakini, 1986-ci il təvəllüdlü Cavadov Ruslan Adil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, Elşən Məhyəddinovun və Ruslan Cavadovun vəziyyəti hazırda orta ağır hesab edilir, müalicələri xəstəxananın reanimasiya və cərrahiyə şöbəsində davam etdirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. Qeyd edək ki, yol qəzasına düşən Elşən Məhyəddinov və Ruslan Cavadov Nəqliyyat Nazırliyinin “AzəryolServiz” ASC 85 saylı yol istismarı avtomobil yollarında iri qabaritli, ağır çəkili nəqliyyat vasitələrinə nəzarəti idarəsinin əməkdaşlarıdır.(apa)


Teqlər:  





Xəbər lenti