CHP-li sədr Ərdoğanın açdığı mərkəzi bağladı

CHP-li sədr Ərdoğanın açdığı mərkəzi bağladı
  02 İyun 2019    Oxunub:3306
Türkiyənin Samsun vilayətinin Atakum rayon üzrə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədri Cəmil Dəvəçi prezident Rəcəb Tayyib Ərdoğanın açılış etdiyi “Aceh” idman mərkəzini bağlatdırıb.
Azvision.az xəbər verir ki, mərkəz 2004-2009-cu illərdə Atakum rayonunun bələdiyyə sədri olan AKP-li Adəm Bektaş tərəfindən inşa etdirilib.

Mərkəzin bağlanmasına səbəb isə oranın “sənədsiz” olması göstərilir.

Məsələ ilə bağlı sabiq bələdiyyə sədri Adəm Bektaş bildirib ki, mərkəzin sənədi var və yeni sədr oranı hansısa başqa səbəblərdən bağlatdırıb. O, bununla bağlı hüquqi proses başladacaqlarını vurğulayıb.

Cəmil Dəvəçi isə deyib ki, mərkəz sənədsiz deyil: “Ora sənədsiz olmasa da, bələdiyyənin malıdır. Ancaq mərkəzi işlədənlərin nə müqaviləsi, nə də icazələri var. Qazancın kimin cibinə getdiyi də bəlli deyil. Biz belə üsulla idarə olunan 3 obyekt təsbit etmişik. Məqsədimiz həmin obyektləri bələdiyyəmizə qazandırmaqdır”.



Kənan Məmmədov
Azvision.az


Teqlər: AKP   Türkiyə   Ərdoğan   CHP  





Xəbər lenti