İlham Əliyev dəyişikliklərlə bağlı sərəncam imzalayıb

İlham Əliyev dəyişikliklərlə bağlı sərəncam imzalayıb
  26 Noyabr 2013    Oxunub:954
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975) 1-ci hissəsinin birinci abzasında “və əməkdar hüquqşünas” sözləri “, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi” sözləri ilə əvəz edilsin.


Teqlər:





Xəbər lenti