Bakıda uduzan ulduz futbolçu evlənir

Bakıda uduzan ulduz futbolçu evlənir
  30 May 2019    Oxunub:2948
İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsud Özil bir həftədən sonra Türkiyə gözəli Əminə Gülşənlə evlənəcək.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model Əminə Gülşənlə futbolçunun toyu iyunun 7-də Beşiktaşdakı otellərdən birində baş tutacaq. Cütlüyün toy dəvatnamələri artıq hazırdır.

Qeyd edək ki, ötən gün Məsud Özilin komandası Bakıda Avroliqanın finalında "Çelsi"yə 4:1 hesabı ilə məğlub olub. Əminə Gülşən final oyununu Bakı Olimpiya Stadionunda izləyib.





Şahanə Rəhimli
Azvision.az



Teqlər: Arsenal  





Xəbər lenti