Tanınmış müğənni icra məmurunu həbs etdirir

Tanınmış müğənni icra məmurunu həbs etdirir
  28 May 2019    Oxunub:1787
Məşhur türkiyəli müğənni Demet Akalının ev əşyalarına qəsdən zərər vurmaqda günahlandırılan məmurla bağlı cinayət işi açılıb. Müğənninin şikayətçi olduğu icra məmurunu vəzifədən sui-istifadə ittihamı ilə 10 il müddətinə həbs gözləyir.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin əri Okan Kurtun borclarına görə ev əşyalarına həbs qoymaq üçün gələn Yavuz. N adlı məmurdan polisə şikayət edilib. Bildirilib ki, həmin şəxs heç bir əsas olmadan qəsdən bahalı ev əşyalarını ziyan vurub.

İcra məmuru ilə bağlı araşdırma tamamlanıb və o, saxtakarlıqda və vəzifəsindən sui-istifadədə günahkar bilinib. İddia olunur ki, bu əməlinə görə icra məmuru 10 il məhbəs həyatına məhkum ediləcək.

Yavuz.N adlı şəxs isə ifadəsində bildirib ki, əşyalara qəsdən zərər vurmayıb, evin müğənni Demət Akalına aid olduğunu sonradan bilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Demet-Akalın   Müğənni   İcra-Məmuru   Həbs  





Xəbər lenti