Şirkətdə dələduzluq faktı aşkarlandı

Şirkətdə dələduzluq faktı aşkarlandı
  25 Noyabr 2013    Oxunub:1033
"Fərəh M" MMC-də yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin Gəncə şəhəri üzrə satış nümayəndəsi Ruslan Həsənovun həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 25.500 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti