Rusiya ukraynalı dənizçiləri azad etmək istəmir

 Rusiya ukraynalı dənizçiləri azad etmək istəmir
  27 May 2019    Oxunub:1842
“Kremlin Ukrayna dənizçilərinin azad edilməsinə dair mövqeyi dəyişilməz olaraq qalır”
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birləşmiş Millətlər Təşkilatının (BMT) dəniz hüququ üzrə Beynəlxalq Məhkəməsinin ukraynalı dənizçilərin azad edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Peskovun sözlərinə görə, sərhəd pozuntusu ilə əlaqədar istintaq tamamlanmalı, məhkəmə həyata keçirilməlidir.

Qeyd edəki, BMT-nin Beynəlxalq Məhkəməsi Ukrayna dənizçilərinin və üç hərbi gəminin qaytarılması ilə bağlı qərar verib. Rəsmi Moskva isə öz növbəsində ötən ilin noyabrında Rusiyanın ərazi sularında baş vermiş hadisənin beynəlxalq arbitrajın səlahiyyətinə daxil olmadığını bəyan edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   Peskov   Moskva  





Xəbər lenti