Köpək balığı 65 yaşlı kişini öldürüb

Köpək balığı 65 yaşlı kişini öldürüb
  27 May 2019    Oxunub:7118
ABŞ-ın Maui adasında istirahət edən yaşlı kişi köpək balığının hücumuna məruz qalıb.
AzVision.az “The Guardian”a istinadən xəbər verir ki, 65 yaşlı amerikalı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məlumata görə, Kaliforniya ştatından olan kişi sahildən 50 metr aralıda üzürmüş. Bu zaman ona yırtıcı köpək balığı hücum edib. Maui Rayon Yanğın və İctimai Təhlükəsizlik İdarəsi köpək balığının qurbanı olan kişini sahilə çatdırmaq üçün helikopter və su motoskileti göndərib.

Ancaq amerikalının həyatını xilas etmək mümkün olmayıb və hadisə yerindəcə keçinib. Hücumun baş verdiyi Kaanapali sahilində xəbərdarlıq işarələri yerləşdirilib.

Qeyd edək ki, bu, 2015-ci ildən etibarən Havay adalarında köpək balığının hücumu ilə baş verən ilk ölüm hadisəsidir. May ayının ortalarında isə köpək balığı Avstraliyada bir sörfçüyə hücum edib. Yırtıcı balıq idmançının ayağını bir neçə dəfə dişləsə də, sörfçü canını xilas edə bilib.

Azvision.az




Teqlər: KöpəkBalığı   ABŞ  





Xəbər lenti