5 nəfər köməksiz vəziyyətdə qaldı

  27 May 2019    Oxunub : 875
5 nəfər köməksiz vəziyyətdə qaldı
Bakı şəhərinin Binəqədi və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Digər məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda biri azyaşlı olmaqla 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Azvision.az

Teqlər: FHN