Zəlzələ 1 nəfərin həyatına son qoydu, 11 yaralı var

  26 May 2019    Oxunub : 758
Zəlzələ 1 nəfərin həyatına son qoydu, 11 yaralı var
Peruda baş verən güclü zəlzələ insan ölümünə səbəb olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 bal gücündə qeydə alınan zəlzələ zamanı bir kişi uçqun altında qalaraq həlak olub. 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yeraltı təkanlar ciddi fəsadlar yaradıb, 15-dən çox bina dağılıb.

Qeyd edək ki, bu gün Perunun şimalında 8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Lagunas şəhərindən 85 kilometr cənub-şərqdə, ocağı isə 105 kilometr dərinlikdə yerləşib.

Azvision.az

Teqlər: Peru   Zəlzələ