Laricani yenidən spiker seçildi

  26 May 2019    Oxunub : 1601
 Laricani yenidən spiker seçildi
Əli Ərdaşir Laricani yenidən İran parlamentinin spikeri seçilib.

Azvision.az xəbər verir ki, parlamentin bu gün keçirilən açıq sessiyasında iştirak edən 274 deputatdan 155-i onun sədrliyinin lehinə səs verib.
Məhəmməd Rza Arif 105, Məhəmməd Cavad Əbtəhi isə 9 səs toplayıb.

Qeyd edək ki, Əli Laricani 2008-ci ildən İran parlamentinin sədridir. O, İranın ali dini lideri Ayətulla Xameneyinin Milli Təhlükəsizlik üzrə İran Ali Şurasındakı nümayəndəsi, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh şəxs olub.

Azvision.az

Teqlər: İran