Ağdaşda kafe və mağaza yanıb

  25 May 2019    Oxunub : 1087
Ağdaşda kafe və mağaza yanıb
Ağdaş rayonunun Ləki qəsəbəsində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Kafenin, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Ağdaş