Everestdə 10 nəfər həlak olub

  25 May 2019    Oxunub : 1104
Everestdə 10 nəfər həlak olub
Dünyanın ən hündür zirvəsi olan Everestdə on nəfər həlak olub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, zirvənin sonuncu qurbanı 44 yaşlı britaniyalı Robin Xeynes Fişer olub. O, mayın 25-də yüksəklikdən eniş zamanı həyatını itirib.

Hava şəraiti ilə əlaqədar Everesti fəth etmək istəyən insanların sayı artıb, bu isə zirvədə böyük tıxaca səbəb olub.

Dörd alpinist mayın 23 –də bu səbəbdən ölüb. 27 yaşlı Nihal Baqvan 12 saatdan artıq zirvədə tıxacda gözlədikdən sonra həyatını itirib. Mayın 22-də isə amerikalı Con Kaş oksigen azlığı səbəbindən dünyasını dəyişib.

Nepal Turizm Departamentinin direktorunun sözlərinə görə, Himalayda dağ mövsümün başlanmasından bu günə kimi 20 nəfər həlak olub.

Azvision.az

Teqlər: Everest