NATO Rusiyaya qarşı hərbi strategiya hazırlayıb

  25 May 2019    Oxunub : 866
 NATO Rusiyaya qarşı hərbi strategiya hazırlayıb
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya təhdidi ilə əlaqədar yeni hərbi strategiyanın qəbul edildiyini bildirib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, baş katibin sözlərinə görə, strategiyada əsas məsələ müdafiəyə tam hazırlıq və gələcəkdə stabilliyi təmin etməkdən ibarətdir.
Stoltenberq diqqətə çatdırıb ki, NATO-nun hərbi ekspertləri ötən həftə yeni strategiyanı qəbul ediblər. O, bu addımı Rusiyanın Qərbə qarşı istifadə etdiyi nüvə təhdidi ilə əlaqələndirib. Bildirib ki, 2014-cü ildən bəri şərqdə və cənubda təhlükəsizlik baxımından yeni vəziyyət yaranıb və yeni təhdidlər ortaya çıxıb.

NATO-nun baş katibi qeyd edib ki, Alyansın gücü lazım olan anda dəyişiklik etmək bacarığındadadır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: NATO   Rusiya