Bakı bulvarında qadın özünü dənizə atıb

 Bakı bulvarında qadın özünü dənizə atıb
  24 May 2019    Oxunub:2219
Bakı bulvarında intihara cəhd edilib.
Azvision.az -ın məlumatına görə, 32 yaşlı Nuranə Babayeva adlı qadın intihar etmək məqsədilə özünü dənizə atıb.

Əraziyə cəlb olunan FHN əməkdaşları onu sudan çıxararaq həyatını xilas ediblər. Qadın xəstəxanaya aparılıb. Onun hansı səbəbdən intihara əl atması bilinmir.

Azvision.az



Teqlər: Bulvar   İntihar   Qadın  





Xəbər lenti