ABŞ-da Rusiyanı qıcıqlandıran sikkə hazırlanıb

ABŞ-da Rusiyanı qıcıqlandıran sikkə hazırlanıb
  23 May 2019    Oxunub:1871
ABŞ-ın Bradford Exchange şirkəti İkinci Dünya Müharibəsində müttəfiqlərin faşist Almaniyası üzərində qələbəsinin 75-ci il dönümünə həsr olunmuş sikkə buraxıb.
Azvision.az xəbər verir ki, sikkənin ön tərəfi 33-cü ABŞ prezidenti Harry Trumenin və ordu generalı Duayt Ezenhauerin rəsmini əks etdirən 24 karat qızılla örtülüb.

Arxa hissədə isə ABŞ, İngiltərə və Fransa bayraqları təsvir olunub. Bayraqlar arasında keçmiş SSRİ-nin bayrağının rəsmi yer almayıb.

Rusiya mətbuatı bildirir ki, təsvirdə müharibənin vaxtı ilə bağlı səhvə yol verilib. Belə ki, müharibənin müddəti düzgün göstərilməyib.

“Dörd il davam edən savaşdan və verilən qurbanlardan sonra müttəfiqlər qalib gəldilər. Bu sikkələrlə bizim azadlığımızı müdafiə edənləri, onu bizə yaşadanları xatırlayın”, - deyə yazılır.

Qeyd edək ki, İkinci Dünya Müharibəsi 1939-cu il 1 sentyabrında başlayıb və 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatıb. Sikkənin qiyməti 39,99 dollardır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Sikkə  





Xəbər lenti