Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir
  23 May 2019    Oxunub:1493
Sabahdan 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Azvision.az



Teqlər: BNA   Avtobus  





Xəbər lenti