Komandir müavinləri ilə seminar keçirilib

  22 May 2019    Oxunub : 932
Komandir müavinləri ilə seminar keçirilib
Təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, hərbi birliyin tabeliyində olan hərbi hissə, tabor və bölük komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin iştirakı ilə “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin rolu” mövzusunda seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, tədbirdə nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər barədə fikir mübadiləsi aparılıb, müvafiq təkliflər irəli sürülüb, bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin üzərinə düşən vəzifələrdən danışılıb.

Müzakirələrdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Sumqayıt Hərbi Prokurorluğunun nümayəndələri iştirak ediblər.

Azvision.az

Teqlər: MN