14 tibb bacısı eyni vaxtda hamilə qaldı

14 tibb bacısı eyni vaxtda hamilə qaldı
  22 May 2019    Oxunub:2611
ABŞ-ın Masaçusets ştatının Boston şəhərində yerləşən xəstəxanalardan birinin onkoloji şöbəsində işləyən 14 tibb bacısı eyni vaxtda hamilə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə tibb işçiləri "Twitter" hesablarında məlumat yayıblar.

“Analar. Onkologiya şöbəsinin ailəsi böyüyür. 14 hamilə tibb bacısı, biri əkiz gözləyir. Bu işçilər sizə gülümsəmək üçün 15 səbəb verir ", - deyə xəstəxana əməkdaşlarından biri yazıb.

Onların paylaşdığı fotoda qadınlar yarımdövrə formasında duraraq gülümsəyib və hamilə olduqlarına işarə edərək əllərini qarınlarının üzərinə qoyublar.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ   Xəstəxana   Hamilə  





Xəbər lenti