Zaur Gürcüstanda mer seçildi - FOTOLAR

Zaur Gürcüstanda mer seçildi -  FOTOLAR
  20 May 2019    Oxunub:4049
Gürcüstanda keçirilən növbədənkənar seçkilərin nəticələri məlum olub.

Azvision.az xəbər verir ki, azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda keçirilən mer seçkilərində “Gürcü Arzusu” partiyasından namizəd Zaur Darğallı qalib gəlib.
Səsvermənin yekun nəticlərinə əsasən Zaur Darğallı 28088 səs (78,6%), Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%, Müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%, Müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.



Qeyd edək ki, Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. Media qurumlarında jurnalist kimi fəaliyyət göstərdikdən sonra Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.



O, 2014-2017 ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub. 2017-ci ildən isə Kvemo Kartli qubernatorunun müavini vəzifəsində işləyib.









İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti