Sumqayıt şəhərində birmərtəbəli tikilinin (karton istehsalı sexi kimi fəaliyyət göstərir) içərisində karton və kağız tullantıları 500 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə,tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.