23 dəfə Everest zirvəsini fəth edən dünya rekordçusu

23 dəfə Everest zirvəsini fəth edən dünya rekordçusu
  16 May 2019    Oxunub:2281
Himalayda yaşayan nepallı Kami Rita adlı şəxs dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsini 23 dəfə fəth edib.
Azvision.az xəbər verir ki, 49 yaşlı kişi növbəti dəfə Everestə qalxaraq yeni dünya rekorduna imza atıb.

Qeyd edək ki, Kami Rita 8848 metr hündürlükdə yerləşən Everest zirvəsinə ilk dəfə 1994-cü ildə qalxıb. O, bundan sonra daha iki dəfə Everesti fəth etmək fikrindədir.

Azvision.az



Teqlər: Everest  





Xəbər lenti