Üç piyada qəzada ölüb

Üç piyada qəzada ölüb
  15 May 2019    Oxunub:2481
Mayın 14-də saat 5 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Ağcabədi rayon sakini Məhərrəm Məmmədov vurulub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Eyni zamanda mayın 14-də saat 15 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini E.Yəhyayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Eldar Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Anoloji hadisə mayın 14-də saat 8 radələrində Nəsimi rayonunun 28 May küçəsində baş verib. Belə ki, Bakı şəhər sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firəngiz Nəzərovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti