Avroliqanın finalına gələnlər üçün viza problemi olmayacaq

Avroliqanın finalına gələnlər üçün viza problemi olmayacaq
  15 May 2019    Oxunub:2509
Bu il Azərbaycana elektron viza üçün müraciət edən turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 72 faiz artıb.

Azvision.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsin direktoru Fariz Cəfərov deyib.
Mərkəzin direktoru bildirib ki, hazırda UEFA Avropa Liqasının finalı ilə bağlı işlər davam edir.

““ASAN Viza” əməkdaşlarının finala sayılı günlər qalmış gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri planlaşdırılır. Həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı iki dəfədən çox artırılıb, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib, UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb”.

Onun sözlərinə görə, Azərbaycan ərazisində yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli Fərmanına əsasən 2018-ci il 15 may tarixindən “ASAN Viza” tərəfindən həyata keçirilir.

Azvision.az



Teqlər: ASAN-Viza  





Xəbər lenti