“ASAN xidmət”ə 29 milyonuncu müraciət - FOTO

   “ASAN xidmət”ə 29 milyonuncu müraciət -    FOTO
  14 May 2019    Oxunub:5001
“ASAN xidmət”ə 29 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, bu müraciət Bərdə regional “ASAN xidmət” mərkəzinə Elcan Həsənli tərəfindən edilib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi xidmətdən yararlanıb. 29 milyonuncu müraciətin sahibi kimi Elcan Həsənli təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.



Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Azvision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti