Ruhanidən Qərbə xəbərdarlıq

Ruhanidən Qərbə xəbərdarlıq
  23 Noyabr 2013    Oxunub:929
İran prezidenti Həsən Ruhani terrordan danışdı.
AzVision.az Fars News Agency-yə istinadən xəbər verir ki, H.Ruhani bildirib ki, İran bölgədə dinclik və sabitlik istəyir: “Əgər İranla “altılıq” ölkələri arasında müzakirələr müvəffəqiyyətlə nəticələnsə, bundan bölgə və bütün dünya faydalanacaq. Bəziləri terror, qarşıdurma və çaxnaşma yaradaraq məqsədlərinə çata biləcəklərini hesab edirlər. Ancaq həmin qüvvələr yenə də öz proqnozlarında səhv edirlər”.

İran prezidenti deyib ki, Qərblə müzakirələrdə “hərbi variant masa üzərindədir” təhdidinin heç bir təsiri olmayacaq: “İran xalqı heç bir zaman milli mənafeyindən və haqlarından, həmçinin müəyyənləşdirdiyi “qırmızı xətlər”dən geri addım atmayacaq”.


Teqlər:





Xəbər lenti