Soyğunçuluq edənlər tutuldu

Soyğunçuluq edənlər tutuldu
  11 May 2019    Oxunub:2001
Mayın 10-da saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Şəki rayon sakini R.İsmayılova zor tətbiq edərək mobil telefonunu əlindən alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 24-cü Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.İsmayılov və V.Vəliyev saxlanılıblar.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti