Bakıda 24 yaşlı oğlan kriminal avtoriteti öldürüb

   Bakıda 24 yaşlı oğlan kriminal avtoriteti öldürüb
  10 May 2019    Oxunub:5648
Bakıda kriminal avtoriteti qətlə yetirən şəxs saxlanılıb.
Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi, 8 ünvanında baş verib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu aralarında yaranmış mübahisə nəticəsində yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. H.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, qətlə yetirilən Emil Səfərov kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanınırmış. (Trend)

Azvision.az



Teqlər: Bakı   Qətl  





Xəbər lenti