Bu günə 32 dərəcə isti gözlənilir
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Azvision.az