Məktəblilərin düşdüyü qəzanın səbəbi araşdırılır

Məktəblilərin düşdüyü qəzanın səbəbi araşdırılır
  06 May 2019    Oxunub:2890
"Məktəbliləri yarışa aparan mikroavtobusun qəzaya uğramasının səbəbləri araşdırılır".
Bunu Azvision.az -a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O bildirib ki, nazirliyin iki nümayəndəsi artıq Salyandadır və xəstəxanada yaralılara baş çəkiblər.

“Məktəbli şagirdin ölümünə təəssüf edirik, onun valideynlərinə başsağlığı veririk. Şagirdlər Heydər Əliyevin 96 illiyi ilə əlaqədar olaraq güləş turnirinə gedirdi. Turnir nazirlik, həmçinin, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən təsdiq olunan yarış idi. Təəssüf ki, belə bir qəza baş verib”.

Qeyd edək ki, bu faciəvi hadisə nəticəsində yeddi şagird və bir məşqçi-müəllim yaralanıb. Avtomobili müəllim idarə edib. Bu qəza nəticəsində 11 yaşlı İlkin Əhmədov dünyasını dəyişib.

Azvision.az




Teqlər: GİN   Salyan   Qəza  





Xəbər lenti